Bu gün sizə yeni bir şorba təqdim edirəm. Həm ləzzətli həm də xeyirli olan bu şorbanın tərkibi aşağıdakı kimidir:
1 kiçik gül kələmi, 1 orta baş doğranmış soğan, 1 diş sarımsaq, 400 qram konservləşdirilmiş ağ lobya, 1litr tərəvəz bulyonu və ya su, yarım stəkan keşniş yarpaqları, duz və istiot |
Soğan və sarımsağı zeytun yağında 5 dəqiqə ərzində bişirdim. Üzərinə gül kələmi, lobyanın yarısını və bulyonu əlavə edib qaynamağa qoydum. Qaynadıqdan sonra qazın hərarətini azaldıb 10 dəqiqə ərzində gül kələmi yumşalanadək saxladım. Sonra şorbanı blenderdə qarışdırıb yenidən qazana qaytardım. Lobyanın qalanını da üzərinə əlavə edib keşniş yarpaqları, duz və istiot qataraq aşağı hərarətdə bir neçə dəqiqə bişiridm. Şorba hazır oldu.
Nuş olsun!
No comments:
Post a Comment