Əlvan şorbalar seriyasının davamı olaraq bir neçə gün öncə bişirdiyim yerkökü şorbasını təqdim etmək istəyirəm sizə. Hazırlanması son dərəcə sadə olan şorbanın tərkibi belədir:
Yarım baş doğranmış soğan, 2 ədəd xırda kartof, 4 ədəd yerkökü, 800ml toyuq bulyonu, yarpaqları saplağından ayrılmış 2-3 çay qaşığı keşniş, 100 ml süd, duz və istiot |
Soğanları yağda 3-4 dəqiqə ərzində yumşalanadək qızartdım. Üzərinə kub şəklində doğradığım kartofları əlavə edib bir neçə dəqiqə saxladım və doğradığım yerköküləri də qataraq 3-4 dəqiqə qarışdırdım. Qazanın ağzını örtərək aşağı hərarətdə 10 dəqiqə ərzində bişməyə qoydum. Arabir ərzaqlar bir-birinə yapışmasın deyə qarışdırırdım. Sonra bulyonu əlavə edib qaynatdım və qazanın qapağı yarı qapalı şəkildə daha 10 dəqiqə saxladım.
Başqa balaca qazanda keşniş yarpaqlarını yağsız 2 dəqiqə ərzində qovurdum və soyuması üçün kənara qoydum.
Hazır olmuş şorbanı blenderə töküb bir neçə dəqiqə qarışdırıb təmiz qazana əlavə etdim. Üzərinə südü, keşnişi, duz və istiot əlavə edib 2-3 dəqiqə aşağı hərarətdə bişirdim. Şorbam hazırdır.
eline sağlık
ReplyDelete