Bu gün sizə italyan mətbəxindən bir təam təqdim edəcəyəm. İtalyanların sevimli pendir növü olan mavi pendir yeməyə xüsusi görkəm və ləzzət qatdı.
Tərkibi: 220 qram əriştə-pasta, 170qram saplağından ayrılmış brokoli, 100 qram mavi pendir, 200qram ağ pendir, 150ml süd, 1 xörək qaşığı un, 1 diş sarmısaq, duz, istiot |
Brokoliləri duzlu qaynayan suda 5 dəqiqə qaynatdım. Sonra onları süzüb suyu çəkilsin deyə bir kənara qoydm. Eyni zamanda duzlu və zeytun yağlı qaynayan suya pastaları əlavə edib 8-10 dəqiqə ərzində qaynamağa qoydum. Pastalar qaynayan müddətdə qazanda kərə yağını əridib üzərinə unu əlavə edib 1 dəqiqə qarışdırdım. Sonra qazanı qazın pilətəsindən kənara qoyub südü əlavə edib qarışdırdım və yenidən qazın üzərinə qoyub qaynayıb qatılaşanadək qarışdırdım. Üzərinə ağ pendiri əlavə edib pendir əriyənədək bişirdim. Daha sonra brokoliləri, doğranmış mavi pendiri, xırdalanmış sarmısağı, duz və istiotu əlavə edib tez-tez qarışdıraraq bişməyə qoydum. (Qeyd: mavi pendir duzlu olduğundan duzu mümkün qədər az əlavə etmək lazımdır.) Sousa istəyə uyğun xırdalanmış qoz da əlavə etmək olar. Mavi pendir əriyənədək sousu bişirdim. Bu zaman ərzində pasta da hazır oldu.
Buon appetito! :)
No comments:
Post a Comment