Uzun müddətdir ki bloqumu yeniləyə bilmirdim. Bu münasibətlə iki təam yerləşdirəcəm bu gün bloquma. Birinci təam göbələkli əriştədir.
(təəssüf ki cəmi 1şəkil yerləşdirə biləcəm)
|
Tərkibi: 200 qram doğranmış göbələk, 200 qram əriştə (quru), 1 xırdalanamış balaca soğan, 2 diş əzilmiş sarımsaq, 100ml tərəvəz bulyonu, 2 çay qaşığı tomat püresi, 1 çay qaşığı soya sosu, 2 xörək qaşığı xırdalanmış cəfəri, 1 çay qaşığı kəklikotu, duz və istiot |
Qazanda soğan və sarımsağın üzərinə tərəvəz bulyonunu əlavə edib qazanın qapağını örtərək 5 dəqiqə bişiridim. Üzərinə göbələk (Qeyd. Eyni anda bu xörəyə müxtəlif növ göbələklər qatmaq olar. Mən sadəcə şampinyon göbələyindən istifadə etmişəm), tomat püresi və soya sosunu əlavə edib yenidən qapağı örtüb daha 5 dəqiqə bişirdim. (Qeyd. İstəkdən asılı olaraq xörəyə ağ və ya qırmızı şərab qatmaq olar)
Sonra qapağı götürüb maye yarıyadək buxarlanana qədər qarışığı qaynatdım. Cəfəri, kəklikotu, duz və istiot əlavə edib bir neçə dəqiqə qarışdırdım və hazır oldu.
Ayrıca bir qazanda duzlu suyu qaynadıb əriştəni 2-5 dəqiqə müddətində qaynatdım. Yaxşı süzdükdən sonra göbələkli qarışımı əriştənin üzərinə töküb qarışdırdım və təam hazır oldu.
Nuş olsun!
photos © vhsoy
No comments:
Post a Comment