Salamlar :)
Uzun müddətdir ki, bloqumu yeniləmədiyimdən bir anlıq darıxdığımı hiss etdim və yenidən maraqlı reseptlərlə sizi tanış etmək üçün aşpazlıq qabiliyyətimi nümayiş etdirmək qərarına gəldim :)
Buyurun aşağıdakı Danimarka deserti ilə tanış olun:
Tərkibi: 600ml süd, 50qram yumru düyü, 2 xörək qaşığı şəkər, bir çimdik zəfəran, 25qram doğranmış badam, 1 yumurta, bir çimdik duz, kərə yağı və istəkdən asılı olaraq 40qram qara kişmiş |
Südü altı qalın bir qazanda aşağı hərarətdə qaynatdım. Qaynadıqdan sonra ona duz və düyünü qatıb ara-sıra taxta qaşıqla qarışdıraraq 10 dəqiqə bişməyə qoydum. Sonra üzərinə şəkər, 15qram otaq hərarətində ərimiş kərə yağı, zəfəran və badamı (kişmiş) əlavə edib tərkibi taxta qaşıqla bir neçə dəqiqə qarışdırdım. Yumurtanı ayrı bir qabda azca çırpıb südlü qarışığa əlavə etdim.
Sobya davamlı qabın içinə ərtidiyim azca yağı sürtüb qarışımı bura töküb və 200 dərəcə öncədən isidilmiş sobada bişməyə qoydum. Desert təxminən 25 dəqiqəyə və ya üzəri qızılı rəngdə olanda hazır oldu. Qeyd etmək lazımdır ki, pudinq isti halda servis olumalıdır.
Nuş olsun!
No comments:
Post a Comment