Wednesday, 15 August 2012

Ətli rulet

Bu yaxınlarda anamın mənə öyrətdiyi bir təamı paylaşıram sizinlə.
Tərkibi: hərəsindən100 qram olmaqla çəkilmiş mal + qoyun + toyuq əti, xırda doğranmış 1 kiçik baş soğan, 1 yumurta, doğranmış 4 şampinyon göbələyi, 1 xörək qaşığı xardal, 1 dəstə doğranmış cəfəri, 2 xörək qaşığı xama, 2 xörək qaşığı duz + istiot, azca darçın və 2 iri lavaş

Dərin bir qabın içinə ətləri yerləşdirib onlara tərkibdə göstərilən bütün ərzaqları əlavə edib yaxşı qarışdırdım. Lavaşın içinə kərə yağı sürtüb əti yerləşdirdim və aşağıdakı kimi rulet formasında bükdüm. Sonra ruleti yarım saatlıq soyuducuya qoydum.

Vaxtın tamamında ruleti bir neçə hissəyə bölüb tavada isitdiyim zeytun yağında hər iki üzü yaxşı qızaranadək bişirdim.
Nuş olsun!

No comments:

Post a Comment