Monday, 14 May 2012

Avokadolu kuskus salatı

Bu dəfəki seçdiyim təam soyuq qəlyanaltıdır. Buğdanın semolina adlnanan bir formasından hazırlanan kuskus Şimali Afrika ölkələrinin mətbəxindən dünyaya yayılmışdır. Spesifik dadlı kuskus əsas yeməklər üçün qarnir kimi çox məşhurdur.
Tərkibi: 1 stəkan kuskus, 1 kiçik avokado, 200qram toyuq filesi, 150 qram qara zeytun, duz


Kiçik bir qazanda 1 stəkan suyu qaynatdım və qaynadıqdan sonra suya duz qatıb qarışdırdım. Qazanı qazın üzərindən götürüb kuskusu əlavə etdim və qazanın ağzını örtüb 5-7 dəqiqə ərzində saxladım. Kuskus suyu tam özünə çəkdikdən sonra ona qaynadıb doğradığım toyuq filesi, avokado və zeytunları əlavə edib qarışdırdım.
Nuş olsun!

No comments:

Post a Comment