İtalyan mətbəxindən ləzzətli bir təam təqdim edirəm. Pastanın sosu fransızların créme fraiché adlandırdığı xamadan hazırlanır. Créme fraiché xamadan daha qatı olması ilə fərqlənir. Onu ev şəraitində də hazırlamaq mümkündür. Buyurun, bişirin və dadın :)
Qazanda qaynayan suya duz və zeytun yağı qatıb pastanı əlavə etdim və 10-15 dəqiqə ərzində bişirdim. Pasta bişən müddət ərzində başqa bir tavada fraiché qaymağın üzərinə xırda şəkildə doğradığım yumurtanı (istəyə uyğun şüyüd və təzə soğanları) əlavə etdim. Azca qarışdırıb üzərinə çoxlu istiot səpdim və aşağı hərarətdə ərzaqlar tam isitləşənədək bişirdim.
Pastanı süzüb sosun üzərinə əlavə edib bir neçə dəqiqə qarışdırdım.
Servis edərkən pastanın üzərinə doğradığım qızıl balığı və sürtgəcdən keçirilmiş holland pendirini əlavə etdim.
Nuş olsun!
photos © vhsoy
No comments:
Post a Comment