Bu dəfəki seçdiyim təam soyuq qəlyanaltıdır. Buğdanın semolina adlnanan bir formasından hazırlanan kuskus Şimali Afrika ölkələrinin mətbəxindən dünyaya yayılmışdır. Spesifik dadlı kuskus əsas yeməklər üçün qarnir kimi çox məşhurdur.
Tərkibi: 1 stəkan kuskus, 1 kiçik avokado, 200qram toyuq filesi, 150 qram qara zeytun, duz |
Kiçik bir qazanda 1 stəkan suyu qaynatdım və qaynadıqdan sonra suya duz qatıb qarışdırdım. Qazanı qazın üzərindən götürüb kuskusu əlavə etdim və qazanın ağzını örtüb 5-7 dəqiqə ərzində saxladım. Kuskus suyu tam özünə çəkdikdən sonra ona qaynadıb doğradığım toyuq filesi, avokado və zeytunları əlavə edib qarışdırdım.
Nuş olsun!