Hamımız fəsəli və yə blinçikləri sevirik. Bu gün sizə bilinçikin içinə ağcaqayın siroplu banan dolduraraq çay ilə nuş edə biləcəyiniz şirniyyat təqdim edirəm.
Tərkibi: Xəmir: 1 stəkan un, 1 yumurtanın ağı, 1 stəkan süd, 3 xörək qaşığı soyuq su, günəbaxan yağı İç: 4 dilimlənmiş banan, 3 xörək qaşığı ağcaqayın siropu, 2 xörək qaşığı limu suyu |
Əvvəl xəmiri hazırladım. Bunun üçün un, yumurtanın ağı, süd və suyu qarışdırıb nə çox duru, nə də qatı olamayan tərkib əmələ gətirdim. Sonra isə soyuducuya qoyub təxminən 10 dəqiqə saxladım.
Tavada günəbaxan yağını isitdim və ənənvi üsulla hər iki tərəfini qızardaraq blinçikləri bişirdim. İsti qalmaları üçün folqa kağızının içində saxlayrdım.
Fəsəlilərim hazır olduqdan sonra banan, sirop və limu suyunu da bir qazançada 1 dəqiqə ərzində qarışdıraraq hazırladım.
Blinçikin bir küncünə bananlardan yığıb üçkünc formada bükdüm.
Nuş olsun!